Həyat səviyyəsinə görə Qafqazda və MDB-də sonuncu yerə endikbackend

Həyat səviyyəsinə görə Qafqazda və MDB-də sonuncu yerə endik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

The Social Progress Imperative araşdırma layihəsinin analitik mərkəzi dünyada sosial inkişafın növbəti illik İndeksini dərc edib (The Social Progress Index). Bu İndeks ölkələrdə əhalinin həyat səviyyəsi və sosial inkişafın dərəcəsini göstərir.

İndeks müəyyən edilərkən istifadə olunan 50 müxtəlif göstəricinin sırasına əhalinin qidalanması, tibbi xidmətdən istifadə imkanları, səhiyyənin səviyyəsi, təhsilin səviyyəsi və əhalinin biliklər əldə etmək imkanları, sudan və sanitar xidmətlərdən istifadə imkanları, mənzil təminatı, şəxsi təhlükəsizliyin səviyyəsi kimi amillər daxildir.

2016-cı ilin İndeksində Azərbaycan 160 ölkə arasında 77-ci yerə enib.

MDB dövlətlərindən bu siyahıda əhalinin rifahına görə Ukrayna 63-cü, Belarus 66-cı, Ermənistan 67-ci, Moldova 73-cü, Rusiya 75-ci, Qazaxstan 76-cı, Azərbaycan isə sonuncu – 77-ci yerdədir.

Region ölkələri sırasında ən yaxşı durumda olan Gürcüstan 54-cü yerdədir. Türkiyə bu siyahıda 58-ci, İran 93-cü yeri tutub.

2016-cı ilin İndeksində əhalinin həyat səviyyəsinə görə 1-ci yeri Finlandiya tutub. Sonrakı yerlərdə Kanada, Danimarka, Avstraliya və İsveçrənin adları gəlir.

Əhalinin həyat səviyyəsi İndeksində Böyük Britaniya 9-cu, Almaniya 15-ci, Fransa 18-ci, ABŞ 19-cu yerdədir.

Siyahının son pillələrini isə Çad, Əfqanıstan və Mərkəzi Afrika Respublikası tutub. (bastainfo.com)

İnterpress.az