Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müsabiqədə Azərbaycan RDİN-in Dövlət Yol Polisi xidmətinin nümayəndəsi də iştirak edib.
Yarışlar əsasən, xüsusi hazırlıq üzrə – yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması; texniki-kriminalistika üzrə – xüsusi və operativ-mexaniki vasitələr; tibbi hazırlıq üzrə – nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım; atəş hazırlığı üzrə – silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq; fiziki hazırlıq üzrə – güləş döyüş fəndləri, turnikdə dartınma, 1 km kross qaçma və digər sahələr üzrə aparılıb.
Azərbaycanı müsabiqədə təmsil edən Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci taqımının inspektoru, polis baş serjantı Emil İbrahimov bütün yarışlar üzrə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.
Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi olub.
Mükafatları uzun müddət Rusiya DİN Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, istefada olan polis general-leytenantı Vladimir Fyodorov təqdim edib.
İnterpress.az