Obama Klintonun mitinqinə prezident təyyarəsi ilə getdibackend

Obama Klintonun mitinqinə prezident təyyarəsi ilə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun Şarlottadakı (Şimali Karolina) mitinqə prezident təyyarəsi ilə getməsi isə səs-küyə səbəb olub.

Klintonun rəqibi Tramp açıqlama verərək, bunun doğru hərəkət olmadığını deyib. Bildirib ki, bir nəfərin siyasi kampaniyasında iştirakın xərcini bütün vətəndaşlar ödəməli deyil.

Məsələ burasındadır ki, Amerikanın bir nömrəli bortunun bir saatlıq uçuş xərci 200 min dollardır. Lakin etirazlara və söz-söhbətlərə Ağ Ev konkret cavab verib. Ağ Evin mətbuat katibi Con Ernest mitinqən qayıdarkən elə prezident təyyarəsində jurnalistlərə deyib ki, bu səfərlə bağlı xərclər məsələsində prezidentin siyasi səfərləri qaydasına uyğun davranılacaq.

Bunun ardınca Hillari Klintonun köməkçilərindən biri ABC News kanalına deyib ki, Obamanın Şarlotta mitinqində iştirak xərci namizədin kampaniya büdcəsindən ödəniləcək.(virtualaz.org)

İnterpress.az