Təcili yardıma edilən müraciətlərin çoxu doğuşla bağlıdırbackend

Təcili yardıma edilən müraciətlərin çoxu doğuşla bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub.

Daxil olmuş müraciətlər nəticəsində 25 mindən artıq müraciət edən şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib, 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilib.

Hesabat dövründə miokard infarktı ilə bağlı 480 nəfər müraciət edib (onlardan 465 nəfər hospitalizasiya edilib), insultla bağlı 500 (hospitalizasiya 400), doğuşla bağlı 1600 (hospitalizasiya 1590), avtoqəza zamanı xəsarət alanlarla bağlı 900 (hospitalizasiya 800-dən artıq) müraciət daxil olub.

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası cari ilin yanvar-iyun ayları ərzində həyata keçirilən tədbirlər nəticəsində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edib.

BŞTTTYS-yə “103” xidmətinə gündəlik hesabla 2 minə qədər çağırış daxil olur.

Daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi baxımından çeşidlənərək bölmə həkimlərinə ötürülür və icra edilir.

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya edilib. (apa)

İnterpress.az