5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLARbackend

5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərdə villaların qiymətlərini araşdırdıq və siyahı üzrə təqdim edirik.

Bakının Nizami rayonu Qara Qarayev metrosunun yaxınlığında yerləşən 4 mərtəbəli villa 2 mln. manata satışa çıxarılıb. 1900 kv.m sahəsi olan villa 1000 kv.m torpaqda inşa edilib.

5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLAR

Bakının Nərimanov rayonu Montin qəsəbəsində yerləşən 3 mərtəbəli (hər mərtəbəsi 180 kv.m) olan villa 3 mln. manata satışa çıxarılıb. Villa həyətyanı sahəsi ilə birlikdə 540 kv.m –dir və villa 300 kv.m –lik torpaqda tikilib.

5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLAR

Bakının Yasamal rayonu Yasamal qəsəbəsində yerləşən 5 mərtəbəli villa isə 4 mln. manata satışa çıxarılıb. Həyətyanı sahəsi ilə birlikdə 18000 kv.m olan villa torpaq sahəsinin 900 kv.m –də inşa edilib.

5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLAR

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində isə 3 mərtəbəli dəniz mənzərəli ultra – lüks villa satışa çıxarılıb. Villanın qiyməti isə dodaq uçuqladandır. Villa həyətyanı sahəsi ilə birlikdə 28000 kv.m –dir və villa 700 kv.m –lik torpaqda inşa edilib. Villanın həyətində qonaqlar üçün ayrıca ev var və qiyməti 5.5 mln. manat nəzərdə tutulub.

5 milyon yarıma satışa çıxarılan villa kimindir?-FOTOLAR

Sözügedən villalarla bağlı vasitəçi ilə dəfələrə əlaqə saxladıq. Telefonun məşğul olması isə çox gümanki, alıcıların, villalarla maraqlananların çox olmasından xəbər verir.
Vasitəçinin verdiyi məlumata görə, villa satın alınarsa, ödəmə bank tərəfindən həyata keçirilir. Bu isə satıcının zona vergisini ödəməyə hazır olduğunu bildirir.
İqtisadçı ekspert Samir Əliyev 1Xəbər.com –a açıqlamasında bildirib ki, bu kimi villalar neft qiymətlərinin dünya bazarında yüksək qiymətə olduğu zamanlara təsadüf edir. Dövlət büdcəsindən müxtəlif yollarla əldə edilmiş, mənimsənilmiş villardır.

Araşdırma aparsaq görərik ki, sözügedən villaların sahibləri dövlət vəzifəsində çalışan məmurlardır. Azərbaycanda isə məmurların aylıq maaşları bu villaları inşa etməyə yetmir.

S.Əliyev həmçinin qeyd edib ki, ödənişin tam məbləğ olaraq bankla edilməsi isə alıcının üstünlüyüdür. Çünki, bu kimi villaların məbləğinin yarısı bank, digər yarısı isə paket olaraq ödənilir. Bankla ödənilən məbləğ rəsmləşdirilsə də, paket olaraq ödənilən məbləğ rəsmiləşdirilmir. Bu zaman isə alıcı evin məbləğini ödədikdən sonra satıcının ( yaxud alıcının) qanunvericiliyə görə 6 ay müddətində müqaviləni ləğv etmə imkanı var. Bu zaman isə alıcı şəxs digər qara yollarla ödədiyi vəsaiti qanuni olaraq satıcıdan tələb edə bilmir, çünki ödənilən məbləğ rəsmiləşdirilməyib.

Daşınmaz əmlak vasitəçiləri isə bu kimi villaların satışının digər evlərdən fərqli olduğunu bildirib. Onların sözlərinə görə, satılan evlərin 2% -i əmlak sahibi tərəfindən vasitəçiyə ödənilir. Sözügedən villarlarda isə faiz deyil, dəqiq olaraq qiymət təqdim olunur. Misal olaraq 1mln. manata satılan ev üçün 20 min manatdan çox məbləğ razılaşdırılır.

İnterpress.az