Bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.
Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.
Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
İnterpress.az