Hadisə bu gün Göyçay şəhərinin şimalındakı dağətəyi ərazidə yerləşən qəbirstanlıqda qeydə alınıb. Rayon sakinləri Ramazan bayramı günü şəhər qəbiristanlığında təmizlik işləri görüblər və dünyasını dəyişən insanların məzarının ətrafındakı kolları və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.
Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı şəhər qəbiristanlığının 1 ha ərazisində quru ot, kol, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Hadisə zamanı qəbiristanlığın kənarındakı dağlıq ərazidə də 1 ha sahə yanaraq külə dönüb.
Faktla bağlı araşdırma aprılır. Məlumata görə, son vaxtlar qəbiristanlıqlarda tez-tez yanğınlar olur. Məsələn, bir neçə gün əvvəl Bakıda iki qbiristanlıqda dalbadal yanğın qeydə alınmışdı. (virtualaz.org)
İnterpress.az