Rusiya xüsusi təyinatlıları İrəvandabackend

Rusiya xüsusi təyinatlıları İrəvanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xüsusi təyinatlı hərbçiləri Ermənistanda kəşfiyyat təlimləriıları keçirir. Ermənistan mətbuatından verilən məlumata görə, təlimlər Rusiyanın cənub hərbi dairəsi tərəfindən təşkil edilib.

Təlimlər barədə məlumatı hərbi dairənin mətbuat xidməti yayıb. \”Təlimlərin gedişində hərbçilər peşəkar təlimçilərin nəzarəti altında məşq edirlər. Onlar yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını öyrənirlər\”, – deyə məlumatda bildirilir.

Təlimlər \”Kamxud\” və \”Alagöz\” poliqonlarında həyata keçirilir.

Kəşfiyyat təlimləri Ermənistan ərazisində ilk dəfədir ki, keçirilir. Təlimlərdə \”Mi-24P\” və \”Mi-8MT\” tipli helikopterlərdən istifadə olunub.

Hazırkı hərbi hazırlıq iyulun ortalarında keçiriləcək genişmiqyaslı taktiki təlimlərin bir hissəsidir.

Rusiya xüsusi təyinatlıları İrəvanda

Bu il fevral ayında \”Kamxud\” hərbi bazasında \”Snayper – 2016\” Ümumrusiya müsabiqəsinə hazırlıq keçirilib. Bu məqsədlə rusiyalı snayperlər Ermənistana toplaşıb.

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində yüzlərlə snayper “Draqunov” snayper tüfəngindən atəş açma təlimləri keçib.

Ötən il isə Rusiya Ermənistanda yerləşən Kamxud poliqonunda pilotsuz təyyarələrlə manevrlər keçirib.

Bu barədə Cənub Hərbi Dairəsi məlumat verib. Hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edib. (ans)

İnterpress.az