Zaqatalada 3 nəfəri it dişlədibackend

Zaqatalada 3 nəfəri it dişlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyulun 6-ı saat 17 radələrində rayonun Muxax kənd sakinləri 2005-ci il təvəllüdlü Gülarə Hikmət qızı Əhmədova və 1989-cu il təvəllüdlü Kamal Şəmsəddin oğlu Həmzəyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı məlum olub ki, Muxax kəndinin girişində küçədə oynayan 11 yaşlı Gülarə Əhmədovanı sağ bud nahiyəsindən sahibsiz it dişləyib. Hadisə baş verən an ərazidə olan Kamal Həmzəyev iti qovmaq istəyərkən it ona hucum edərək onun da sağ ayağın baldır nahiyəsindən dişləyib.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Zaqatala RMX-dan verilən digər məlumata əsasən məlum hadisədən bir saat sonra rayonun Əliabad qəsəbə sakini olan 9 yaşlı Yasin Şəmşir oğlu Əliyev sol baldırın it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Yasin Əliyevi qonşusunun iti dişləyib. Müayinədən sonra quduzluq əleyhinə peyvənd olunan yasın Əliyev evə buraxılıb. Rayonun Muxax kəndində sahibsiz it dişləyən şəxslərin yaxınlarının verdiyi məlumata görə, Gülarə Əhmədovanı və Kamal Həmzəyevi dişləyən itin quduzluq xəstəliyinə tutulması ehtimal edilir. Həmin it bir neçə gün idi ki ərazidə dolaşıb qəfildən adamlara hucum edirdi. Məlum hadisədən sonra it ərazidə olan sakinlər tərəfindən öldürülüb. Sakinlər hadisə barədə müvafiq qurumlara məlumat verildiyini bildirirlər. (apa)

İnterpress.az