Azərbaycan döyüşə hazır ölkələr sırasındabackend

Azərbaycan döyüşə hazır ölkələr sırasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əhalisinin döyüşməyə hazır olan ölkələr sırasında yeri müəyyənləşib.

Bu barədə ABŞ-ın beynəlxalq araşdırma şirkəti olan “Gallup”un apardığı sorğunun nəticəsində qeyd olunur.

Sorğuda iştirak edən Azərbaycan əhalisinin 85 faizi ölkəsi üçün döyüşməyə hazır olduğunu bildirib. Bu isə ölkəmizin siyahıda 6-cı yerdə qərarlaşmasına səbəb olub.

Siyahıya 94 faiz göstərici ilə Mərakeş liderlik edir. Türkiyə 73 faizlə 12-ci, ABŞ 44 faiz göstərici ilə 39-cu sıradadır.Gürcüstan 76 fazilə 9-cu, Ermənistan 72 faizlə 15-ci, Rusiya 59 faizlə 27-ci yerdə qərarlaşıb.

Siyahıda ön sıralarda əsasən müsəlman, son sıralarda isə Avropa ölkələri qərarlaşıb. (ans)

İnterpress.az