Rusiyada polis kapitanını qətlə yetirməkdə ittiham olunan azərbaycanlıya ömürlük həbs cəzası verilib.
Məlumata görə, Rusiya Federasiyası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Azərbaycan vətəndaşı Xəlil Sarıyevə qarşı irəli sürülən ömürlük həbs cəzası qərarını dəyişməz saxlayıb. O, 2014-cü ildə polis əməkdaşını qətlə yetirməkdə ittiham edilir.
Moskva şəhər məhkəməsi 2016-cı ildə Xəlil Sarıyevi cəzasını ümumirejimli cəzaçəkmə müəsisəsində çəkməklə ömürülk həbs cəzasına məhkum edib. Müdafiə tərəfi hökmdən şikayət verib. Lakin şikayət üçün dəlillər Rusiya Baş Prokurorluğu tərəfindən rədd edilib və Ali Məhkəmənin cinayət məsələləri üzrə məhkəmə kollegiyası vəkillərin apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb.
Məhkəmədə həmçinin qətlə yetirilən polsin atası da çıxış edib.
\”Mənim oğlum cəmiyyətin müdafiəsi üçün dünyada hər şeydən qiymətli canından keçdi\”,- deyə dünyasını polisin atası bildirib.
Məhkəmə hökmündə bildirilir ki, 2014-cü il aprelin 6-da Xəlil Sarıyev qətldə şübhəli bilindiyinə görə axtarışda olan tanışı ilə Moskvadakı mənzilində olan vaxt polislər mənzilə gəlib. Polislər şübhəli şəxsi yaxalamaq istəyərkən X.Sarıyev onlara mane olmağa çalışıb və polislərdən birinə ov tüfəngindən atəş açıb.
Polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından ölüb. (ans)
İnterpress.az