Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən Lider Kola istehsal sexində baş verən güclü partlayiş nəticəsində zərər dəyən 3 ailənin evinə baxış keçirilib.
Mənzil sahibləri deyirlər ki, sexin rəhbərliyi, siğorta şirkəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlari hər üç mənzilə gələrək evlərə dəymiş ziyanin məbləğini hesablayıblar.
Ev sahiblərinə isə deyilib ki, onlara dəyən ziyan ya pul şəklində ödəniləcək, ya da evləri təmir olunacaq. Mənzil sahibləri bildirdilər ki, onlara təxminən 10-15 min manat məbləğində zərər dəyib. Mənzillərin dam örtüyü zədələnib və qapı-pəncərələrin şüşələri qırılıb. (ans)
İnterpress.az