Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
O, bildirib ki, artıq Nərimanov rayon Məhkəməsinin qərarını alıb: \”Qərarı götürmüşük. Rəsmi olaraq 3 maddə ilə cinayət işi açıblar. Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürüblər. Sabah bununla bağlı apellyasiya şikayəti verəcəyik”.
Vəkil onu da qeyd edib ki, Fikrət Fərəməzoğluna istintaqa məlum olmayan bir qrup şəxslə əlbir olma ilə bağlı ittiham verilib: \”Anlamaq mümkün deyil ki, necə istintaqa məlum deyil bu şəxslər ki, onlar əlbir olublar. Bununla da bağlı istintaq orqanına şikayət etmişik\”.
Qeyd edək ki, F.Fərəməzoğluna verilən ittihamlar sübuta yetirilərsə, jurnalist 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. (lent.az)
İnterpress.az