Aktivlik, əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunda müşahidə olunmaqdadır.
Son günlər torpaq sürüşməsinin intensiv xarakter alması yolun tamamilə dağılmasına və eləcə də daralmasına gətirib çıxarıb. Sürüşmə prosesi yolun çökməsi ilə müşahidə olunur. Altı istiqamətdə baş verən çökmə zamanı yol 2-3 metrədək enib. Nəticədə yolun asfalt qatı tamamilə dağılıb.
Baş verən sürüşmə nəticəsində yol təhlükəli və keçilməz vəziyyətə düşüb. Yolun eni 6 metrdən 1-1,5 metrə düşüb.
Yolda sürüşmənin aktivliyinə səbəb kimi iyun ayının ilk ongünlüyündə bölgəyə yağıntının normadan çox düşməsi göstərilir. Sürüşməyə məruz qalan ərazilərə mütəmadi olaraq qum və çınqıl tökülməsinə baxmayaraq, təhlükəni hələ də aradan qaldırmaq mümkün olmayıb. Rayonun müvafiq qurumları yolun daim nəzarətdə saxlandığını, yaxın vaxtlarda çökmə baş verən ərazilərdə təmir-bərpa işlərinin aparılacağını bildirib.
Qeyd edək ki, ümumi uzunluğu 21 kilometr olan Deqədi-Pəlikəş avtomobil yolu ötən il istifadəyə verilib, yoldan 21 yaşayış məntəqəsinin 12 min əhalisi istifadə edir.
İnterpress.az