Yerevanda hərbi müxalifət tərəfdarı 500 patronla yaxalandıbackend

Yerevanda hərbi müxalifət tərəfdarı 500 patronla yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanları Qarabağ müharibəsinin digər fəal iştirakçısı Pavel Manukyanın kiçik qardaşı Tatula Manukyanı da həbs edib. T.Manukyanın üzərinə baxış keçirilərkən ondan 500-dən çox patron aşkar edilərək götürülüb.

Bu barədə hüquq müdafiəçisi Vaan Martirosyan məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, dünən məhkəmənin qərarı ilə T.Manukyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi başlanılıb, istintaq aparılır. (virtualaz.org)

İnterpress.az