Erməni məhbus etiraz olaraq gözlərini tikdibackend

Erməni məhbus etiraz olaraq gözlərini tikdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda məhbus məhkəmənin qərarına etiraz olaraq gözlərini tikib. Erməni mətbuatından verilən məlumata görə, söhbət \”Nubaraşen\” həbsxanasının məhkumundan gedir.

Cinayət-icra idarəsinin məlumatına görə, məhbus ona qarşı irəli sürülmüş ittiham üzrə şikayət edib. Amma şikayətinə baxılmadığını görəndə hər iki gözünü tikmək qərarına gəlib.

\”Nubaraşen\” həbsxanasının verdiyi məlumata görə, məhkum onun adının açıqlanmasını istəmir. (ans)

İnterpress.az