Məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev “Vaz-21015” markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub.
Nəticədə “Vaz-21015” markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.
Hər iki avtomobilin sürücüləri və sərnişinlər Məhəmməd Məmmədov və digər iki şəxs yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır. (report)
İnterpress.az