Ağdamda 50 yaşlı qadını avtomobil vurubbackend

Ağdamda 50 yaşlı qadını avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Çullu kənd sakini Allahverdiyev Ramil Boran oğlu idarə etdiyi 55 BX 037 nömrə-nişanlı “QAZel” markalı maşınla piyada, 1966-cı il təvəllüdlü Mustafayeva Tahirə Mirzə qızını vurub.

Sürücü xəsarət alan piyadanı dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. T. Mustafayevaya sol bud nahiyəsində sıyrılma, dizin arxa tərəfində kəsilmə, hər iki biləyin qırığı və sol üz nahiyəsinin sıyrılması diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra T. Mustafayeva Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılma aparılır.(apa)

İnterpress.az