Rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğlu hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bu gün prokurorluq əməkdaşlarının iştirakı onun hadisə yerində ifadəsi alınıb.
Qeyd edək ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da yaşadığı evdə qətlə yetirilib. İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub. (apa)
İnterpress.az