Azərbaycanlı veteranlardan erməni veteranlara sərt CAVABbackend

Azərbaycanlı veteranlardan erməni veteranlara sərt CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif cəbhəsindəki hərəkatlaran birinin rəhbəri Qaregin Çukazyan, onun müavini Varujan Avetisyan, habelə \”əlahiddə Şuşa batalyonu\”nun veteranları Armen Lambaryan və Pavel Manukyan Azərbaycanı hücumla hədələyiblər.

Onların birinci Qarabağ müharibəsi veteranlarından ibarət 1000 nəfərlik könüllü yığması barədə məlumatlar yayılıb.Bəyanatda bildirilir ki, erməni veteranlar apreldə itirilmiş əraziləri geri qaytarmaq üçün döyüşə başlamağa hazırdılar. Erməni veteranlar onu bildiriblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq, Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı Azərbaycan Ordusunun işğaldan azad etdiyi 800 hektar ərazini yenidən geri qaytarmağa hazırlaşırlar.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev erməni veteranlarına rəhbərlik edənlərin yalançı şou yaratmaq istədiklərini bildirib.

F.Rzaquliyev deyib ki, ermənilərin ağlı birinci Qarabağ müahribəsi dövrünə getməsin.
“Azərbaycan Ordusu nəinki istənilən hücumun qarşısını qətiyyətlə almağa tam hazırdır, hətta əks-həmlə ilə torpaqları işğaldan azad etməyə qadirdi. Ordumuz da, veteranlarımız da Ali Baş Komandanın əmrinə tabedirlər. Əmr nə vaxt veriləcəksə, onda da erməni Ordusuna sarsıdıcı zərbələr endiriləcək”.

Füzuli Rzaquliyev deyib ki, Azərbaycanın ehtiyatda olan birinci Qarabağ müharibəsi veteranları ermənilərdən fərqli olaraq 1000 nəfər deyil, 10 min nəfərdən ibarət dəstə yarada bilərlər. Bu dəstə ilə isə Qarabağdan Göyçə, Zəngəzura qədər irəliləmək olar.

“Erməni veteranların budəfəki bəyanatı dolayı yolla Ermənistanda hakimiyyət davası edənlərin siyasətinə hesablanıb. Onlar sadəcə şou yaratmaq niyyəti güdürlər. Amma əgər ermənilər yenidən təxribata əl atsalar, bu dəfə daha sarsıdıcı cavab alacaqlar. Biz veteranlar olaraq bu əks-hücumun önündə getməyə tam hazırıq. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının buirliyini nümayiş etdirdi. Ermənilər bunu bilməmiş deyillər”. (moder)

İnterpress.az