Məlumata görə Avropa İnsan Hüquqları Məhkəməsinin Cəfərovun işi üzrə qərarı qüvvəyə minəcək.
Xatırladaq ki, martın 17-də AİHM Rəsul Cəfərovun Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.3 və 5.4-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu etiraf edib. Xüsusən, Strasburq Məhkəməsi Cəfərovun qanunsuz həbs edildiyini, səmərəli müddət ərzində məhkəmə təhqiqatı, məhkəmədən öncə azadlığa buraxılma və məhkəmənin qanuniliyi hüquqlarının pozulduğunu etiraf edib.
Məhkəmə həmçinin Azərbaycan məhkəmələrinin qərarlarının ləğv edilməsi və Cəfərovun işinə yenidən baxılması haqqında qərar qəbul edib.
Xatırladırıq ki, R. Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Amma sonradan Azərbaycan hakimiyyəti tərəfindən əvf olunub. (virtualaz.org)
İnterpress.az