Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Məlumata görə, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10- UK- 280 dövlət nömrə nişanlı \”Mercedes\” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.
Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Qəzaya ilkin ehtimal hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir.
Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır. (ans)
İnterpress.az