Dəniz kənarındakı otellərə vergi güzəştləribackend

Dəniz kənarındakı otellərə vergi güzəştləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, xüsusi zonalar çimərlik turizminin inkişafı məqsədilə Xəzər akvatoriyasında yaradılacaq. Həmin zonalarda vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Lakin S.Həsənova həmin zonalara hansı statusun veriləcəyini, onların məhz harada yerləşdiriləcəyini və turizm zonası dedikdə konkret nəyin nəzərdə tutulduğunu açıqlamayıb.

Hazırda azərbaycanlıların çoxu qonşu ölkələrdə dincəlməyə üstünlük verir. Bunun əsas səbəbi bahalıqdır.
Azərbaycanda istirahətin qiyməti Türkiyədə olduğundan bahadır. Odur ki, hər il milyondan çox Azərbaycan vətəndaşı dincəlməyə xaricə, ilk növbədə ən aşağı qiymətlərin və yaxşı şəraitin olduğu Gürcüstana gedir.

İnterpress.az