68 bıçaq zərbəsiylə analarını öldürdülərbackend

68 bıçaq zərbəsiylə analarını öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici mediadan xəbər verilir ki, 20 yaşlı Xalid (Khaled) və Saleh (Saleh) əl-Oraini adlı əkizlər İŞİD terror təşkilatına qoşulmaq istəyiblər. Ancaq ailələri onların Suriyaya gedib İŞİD-ə qoşulmalarına icazə verməyib.

Buna görə əkiz qardaşlar anaları Haila əl-Orainiyə 68 bıçaq zərbəsi endirərək öldürüblər. Analarını öldürdükdən sonra isə 73 yaşlı atalarını və 22 yaşlı qardaşlarını da yaralayaraq xəstəxanalıq ediblər.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayan Xalid və Saleh qardaşları ölkədən qaçmağa çalışarkən Yəmən sərhədində saxlanılıblar.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü general Mansur əl-Türki hadisə ilə bağlı ətraflı məlumat verməsə də əkizlərin tutduğunu təsdiqləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında son bir ildə beş nəfər İŞİD sıralarına qoşulmaq istəyən yaxınları tərəfindən öldürülüb. (moderator.az)

İnterpress.az