Tərtər və Ağdamda aşkar olunmuş PHS haqqında son məlumatbackend

Tərtər və Ağdamda aşkar olunmuş PHS haqqında son məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA)məlumatına görə, Ağdam rayonu, Əhmədağalı kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların (top mərmisinin və (9M22U – Qrad) raketininn qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatına əsasən, 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu, Şıxarx kəndində 1 otlaq sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə daşınıb, nəticə etibarı ilə 500 kv. m ərazi yoxlanılıb.

İnterpress.az