Türkiyənin Kahramanmaraş şəhərində yaşayan zərgər Ahmet Atakanın dediyinə görə, 350 min lirəyə satışa çıxardığı qızıl dona maraq böyükdür.
400 min kiçik detaldan ibarət olan don 22 əyarlı qızıldan hazırlanıb və 3 kq ağırlıqdadır.
A.Atakanın dediyinə görə, artıq 18 qızıl don satıb.
\”Alıcılıramızın arasında Türkiyədən olanlar az deyil. Amma 2 azərbaycanlı milyonçu da donlardan alıb. Moskvaya və Qətərə də satışlarımız var. Əslində, 8 don satmaq niyyətimiz vardı. Tələbat çox olduğundan, əlavə 10 don də hazırladıq\”, – A.Atakan deyib.
Onun sözlərinə görə, hər donu 15 usta zərgər 2 həftəyə ərsəyə gətirir.
Müştərilər arasında donun \”islama uyğun variant\”ını istəyənlə yanaşı, çimərlik variantını sifariş verən də olub.
A.Atakan müştərilərinin ad və soyadlarını açıqlamaqdan imtina edib. (bizimyol)
İnterress.az