Rusiya mətbuatından bildirirlər ki, məhkəməyə aparılarkən Panin yolda müəmmalı şəkildə yoxa çıxıb.
Situasiyaya yaxın mənbənin dediyinə görə, Panin ilkin istintaq dövründə “Matrosskaya tişina”ın təcridxanasında saxlanılıb. Lakin sonradan onu 4 saylı həbsxanaya köçürüblər.
Məlumata görə, 4 saylı həbsxanada onu məhbusları daşıyan xüsusi maşına mindiriblər. Ancaq o məhkəməyə gəlib çıxmayıb.
O vaxtdan iki həftə keçib. Amma hələ də bilinmir ki, Paninlə bağlı nə baş verib.
Məlum olan yalnız budur ki, o hazırda paytaxtdakı həbsxana və təcridxanaların heç birində yoxdur.
Xatırladaq ki, dəfələrlə həbs olunmuş Panin 2013-cü ilin yanvarında snayper tərəfindən güllələnən “Ded Xasan”ın ən yaxın, etibarlı adamlarından biri olub və onu müxtəlif riskli görüş və danışıqlarda müşayiət edib. (virtualaz.org)
İnterpress.az