Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHIbackend

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın vəzifəli şəxsləri arasında müstəqillik tarixində ilk dəfə demokratik seçkilər nəticəsində formalaşan Elçibəy hakimiyyətinin ünvanına kəskin ittihamlar yağdırmaq vərdiş halını alıb.

Xüsusilə yerli rəhbərlər – icra hakimiyyətlərinin başçıları hələ də rayon miqyaslı tədbirlərdə əhalinin sosial-iqtisadi problemlərini müzakirə etməkdən daha çox 11 aylıq Cəbhə-Müsavat hakimiyyətini \”ifşa etməyə” çalışırlar.

Halbuki hazırda Azərbaycan rayonlarına rəhbərlik edənlərin bir çoxu elə Elçibəy iqtidarı zamanı – 1992-1993-cü illərdəki Cəbhə-Müsavat hakimiyyətində müxtəlif vəzifələrdə işləyiblər.

Qaynarinfo.az belə icra başçıları haqqında araşdırma aparıb. Məlum olub ki:

2006-cı ildən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Əziz Əzizov Elçibəy hakimiyyəti vaxtı Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi olub. 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışan Əzizov 2006-cı ilədək sahibkarlıq fəaliyyəti məşğul olub.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Elçibəy iqtidarı dövründə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, bu posta 1991-ci ildə təyin edilib və 1996-cı ilədək həmin vəzifəni yerinə yetirib. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə isə Astara rayonuna rəhbərlik edən Qaraşov 4 ildir Lənkəranın icra başçısıdır.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov Cəbhə-Müsavat hakimiyəti zamanı Maliyyə Nazirliyi sistemində çalışıb. 1992-1993-cü illərdə nazirliyin \”Azəraudit\” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi olan Məmmədov, 1993-1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləyib. 2004-cü ildə Samux rayon İcra Hakimiyyətinin, bir il sonra isə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev Elçibəy hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb. O, bu posta 1991-ci ildə təyin olunub və 1995-ci ilədək işləyib. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Abıyev 5 ildir Daşkəsənə rəhbərlik edir.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babyev də Cəbhə-Müsavat iqtidarında işsiz deyilmiş: O, 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından isə Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləyib. 11 ilə yaxındır Zərdab rəhbərlik edir.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov isə bu posta məhz Cəbhə-Müsavat hakimiyyəti zamanı – 2 iyul 1992-ci ildə təyin edilib və indiyədək naməlum səbəblərdən vəzifəsini qoruyub-saxlaya bilib.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə Elçibəy hakimiyyəti zamanı Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1992-ci ildə bu posta təyin olunan Bayramov 1995-ci iədək həmin görəvdə qalıb. 4 ildir hazırki vəzifəsini yerinə yetirir.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Samux rayonu İcra Hakimiyyətinin başçısı Alı Qocayevə gəlincə, o, Elçibəy iqtidarında \”Bakı Su Kəməri\” İdarəsinin idarə rəisi vəzifəsini həyata keçirib. 1997-ci ilədək bu postda qalan Qocayev, 1997-2000-ci illərdə \”Abşeron Regional Səhmdar Su\” Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə \”Azərsu\” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Dörd ildir Samuxa rəhbərlik edir.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

2007-ci ildən Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev Cəbhə-Müsavat hakimiyyəti vaxtı Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri postunu tutub. Həmin vəzifəyə 1989-cu ildə gələn Seyidəliyev 2003-cü ilədək işində qalıb.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Elçibəy hakimiyyətində kifayət qədər mühüm postlar tutub. 1992-ci il iyulun 10-da Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Hüseynov, 1992-ci il dekabrın 18-də Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini postuna təyinat alıb. 4 ildir Masallı rayonuna rəhbərlik edir.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI

11 ildir Şirvan rayonuna rəhbərlik edən müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov isə Cəbhə-Müsavat hakimiyyəıti illərində o dövrdə kifayət qədər nüfuzlu qurumlardan biri olan \”Azərittifaq”ın Əli Bayramlı şəhər İstehlak Cəmiyyətinin sədri postunu tutub.

Bu icra başçıları Elçibəyin kadrlarıdır-SİYAHI