Avropa Komissiyası Ermənistan AES-ni yoxladıbackend

Avropa Komissiyası Ermənistan AES-ni yoxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu barədə bu gün Yerevanda Avropa İttifaqının nümayəndə heyəti bildirib.

Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.

“Ekspert qiymətləndirilməsi 21-22 iyun tarixində Ermənistanda keçirilib. On nəfərdən ibarət qrupun tərkibində Avropa Nüvə Təhlükəsizliyinin Nizamlanması Qrupundan (ENSREG) 8 nəfər, Avropa Komissiyasından isə 2 nəfər olub”, – deyə məlumatda bildirilir. (apa)

İnterpress.az