“İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə dincəlirdi…”backend

“İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə dincəlirdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«The Huffington Post» Türkiyənin 11-ci prezidenti Abdullah Gül-ün müşaviri işləmiş Yusuf Müftüoğlunun məqaləsini dərc edib. Müəllifin yazır ki, Türkiyədə indiyədək törədilən və gələcəkdə törədilə biləcək hücumlar Ankaranın Suriyadakı müharibəyə qoyduğu sərmayənin nəticəsidir.

«İllər boyu Türkiyə sələfi fraksiyalarını dəstəkləyib, onların tərkibi, məqsədləriylə elə də maraqlanmayıb. Ona görə dəstəkləyib ki, onlar Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşublar. Onlar Türkiyənin gözündə yaxşı oğlanlar idilər. Onların müharibə taktikasının qəddarlığıuzun müddət gözardı edilib», -məqalədə deyilir.

«Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə uzun müddət bu qrupların arxasında duran Türkiyədən dəstəyin böyük hissəsi açıq sərhəd siyasəti vasitəsilə göstərilib. Müharibə başlanandan sonra Türkiyə «İslam Dövləti» (İŞİD) qruplaşmasının, «əl-Nusra» cəbhəsinin və sələfi fraksiyalarının arxa bazası rolunu oynayıb. Onlar günorta Suriyada döyüşüb, gecə istirahətə Türkiyəyə gəliblər», -müəllif yazır. Məqalədə bu tendensiyanın İŞİD qəddarlıqları Qərbdə törətdiyi qanlı hücumlarla dünyanın diqqət mərkəzinə düşdüyü anadək davam etdiyini vurğulayır.

Abdullah Gülün müşaviri: “İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə istirahət edirdi…”

«Türkiyənin Suriyada sələfi fraksiyaları dəstəkləmək siyasəti, döyüşçüləri tərifləyən nəhəng ictimai münasibətlər mexanizmi sələfiliyi adi, dindar sünni türklərin gözündə normallaşdırıb. Suriya müxalifətinə Türkiyədən verilən dəstək islamçı gündəmə göstərilən dəstək idi… Türkiyənin bir sıra islamçı QHT-ləri, mediası bu prosesdə aparıcı rola yiyələndi. Onlar nəinki ifrat məzhəbçi ideologiya yayır, eyni zamanda İŞİD-lə bağlı xəbərdarlıq edən hər kəsi susdururdular».

Müəllif yazır ki, məhz mülayim sələfiləşdirmə mühiti İŞİD-ə türklər arasında yayılmağa əsas verdi. Adıyaman və digər şəhərlər İŞİD-inşəbəkələrinə çevrildi. Hətta İstanbulda və Ankarada belə İŞİD-in üzvlər topladığı bölgələr var.

“İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə dincəlirdi...”

Məqalədə vurğulanır ki, indi bütün bu Suriya macərasının günahı keçmiş baş nazir Əhməd Davudoğlunun üzərinə yıxılır. Halbuki prezident Rəcəb Tayyip Ərdoğan uzun illər tərəddüd etmədən bu macəranı qüvvədə saxlayıb və sünni islamın başında duraraq ondan faydalanıb. Ərdoğanın bunun yanlış yol olduğunu anlayıb-anlamadığı, bu yoldan dönüb-dönmədiyi hələ də bəlli deyil. (“Azadlıq” radiosunun xülasəsi)