Xəbər verilir ki, bu barədə informasiyanı “Doyçe Velle” radiosu yayıb. Radio cari ildə xüsusilə Mərkəzi Asiyadan terror təşkilatına qoşulanların sayının azaldığını bildirib:
“Mərkəzi Asiya ölkələri sırasında İŞİD-ə ən az Qazaxıstan vətəndaşları qoşulublar. Onların sayının maksimum 100 nəfərə qədər olduğu təxmin edilir. Bundan sonrakı yeri Qırğızıstan vətəndaşları tuturlar. Terror təşkilatı sıralarında qırğızların sayı 500-800 nəfərdir. Bu təşkilata ən çox özbəklər, taciklər və türkmənlər qoşulublar. Onların sayının minlərlə olduğu güman edilir”.
Qeyd edək ki, son hesablamalara əsasən Mərkəzi Asiyadan İŞİD-ə minlərlə şəxs qoşulub. Bu region terrorçuların döyüşçülərlə “təchiz edilməsi” məsələsin ilk beşlikdə qərarlaşır. (musavat)
İnterpress.az