Xəbər verilir ki, namizəd Anton Sterlinq adlı vətəndaşın öldürülməsini faciə adlandırıb.
“Onun ailəsi üçün dualar edirəm. Staten İsland, Baltimor, Ferquson və Baton Roug şəhərlərində yaşayan xeyli insan onun ölümünə dərindən kədərləndi. Afro-amerikalılar dərisinin rəngindən dolayı özlərini dəyərsiz görürlərsə, burada nələrsə kökündən yanlışdır”, – Klinton bildirib.
Qeyd edək ki, ABŞ-da 2016-ci ildə polis tərəfindən öldürülən şəxslərin sayı 505-ə çatıb. (musavat)
İnterpress.az