Xəbər verilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri sammitin keçirildiyi ərazini havadan qoruyacaq.
Məlumata görə, Konya şəhərindən qalxan xüsusi təyyarə Varşava şəhərinə eniş edəcək.
Sammitin gedişi boyunca İngiltərə və Fransanın “Avaks” tipli təyyarələrinin pilotları da türkiyəli həmkarlarına bələdçilik edəcək.
Qeyd edək ki, sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. (musavat)
İnterpress.az