Bakıda 21 yaşlı piyadanı maşın vurubbackend

Bakıda 21 yaşlı piyadanı maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Nizami rayonu Keşlə qəsəbəsi Təzə kənd küçəsində qeydə alınıb. Qəsəbə sakini 21 yaşlı Tahir Tacir oğlu Şükürov yolu keçmək istəyərkən \”Tofaş\” markalı avtomobil onu vurub. Piyadanı vuran \”Tofaş\” markalı avtomobil daha sonra yol kənarındakı hasara çırpılıb. Avtomobilin sürücüsü xəsarət almayıb. Yaralı piyada hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.

Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.

Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

İnterpress.az