3 polis əməkdaşı öldürülübbackend

3 polis əməkdaşı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Fox News” yerli polis idarəsinin rəisinə istinadən xəbər yayılıb.

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxs Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper silahından atəş açıb. Nəticədə üç polis əməkdaşı hadisə yerində həlak olub, daha yeddisi ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Atəş açan şəxs hadisə yerini tərk edib.

Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaşlara qarşı baş vermiş növbəti polis zorakılığı əhali arasında kəskin etirazlara və iğtişaşlara səbəb olub.

APA-nın daha əvvəl verdiyi xəbərə görə, Minesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşları sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb.

Məlumata görə, insident zamanı avtomobildə sürücünün uşağı və yoldaşı olub.

Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub.

Polis hadisə yerində silahın tapıldığını bildirib.

Analoji hadisə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.

Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb. Kadrlarda göründüyü kimi, iki polis əməkdaşı qaradərili şəxsi saxlamağa cəhd edərkən ona atəş açırlar. İki güllə yarası almış 37 yaşlı Alton Sterlinq hadisə yerində keçinib.

Qeyd edək ki, yerli statistikaya əsasən, 2016-cı ildə ABŞ-da polis əməkdaşlarının iştirakı ilə 505 qətl hadisəsi qeydə alınıb. (apa)

İnterpress.az