Qadın 8 il azadlıqdan məhrum edildibackend

Qadın 8 il azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənn hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S adlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara qoyub. Zərərçəkən şəxslər 2016-ci ildə N.Bağırdan şikayət edərək, onları satdığını bildiriblər. N.Bağır DİN-in İnsan Alveri Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə tutulub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb. Məhkumluğu tam ödənilməyib və o yenə eyni əmələ görə tutulub. (virtualaz.org)

İnterpress.az