Ermənistan hökumətinin yüksək vəzifəli rəsmilərinin son açıqlamaları bir daha sübut edir ki, sülh danışıqları ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə ümid bəsləmək tamamən sadəlöhvlükdür. Və bu minvvalla prosesin növbəti onilliklər boyu uzanacağı labüddür.
Erməni mediasından istinadla verdiyi xəbərə görə, Ermənistan parlamentinin vitse-spikerri Eduard Şarmazanov növbəti həyasız açqlamasını edib. Dünən, iyulun 7-də İrəvanda jurnalistlərə açıqlamasında o, deyib: \”Bakıda hansı ümidlərin çiçək açmasından asılı olmayaraq iş artıq bitib.
Dağlıq Qarabağ Bakının hakimiyyəti altında olmayıb, deyil və olmayacaq. Azərbaycanın Dağlıq Qarabağda bayrağını ucaltmasının yalnız bir yolu var: Rəsmi Bakı rəsmi Xankəndini tanımalıdır. Və onda Xankəndidəki Azərbaycan səfirliyi üzərində Azərbaycan bayrağı dalğalanacaq…”(moderator.az)
İnterpress.az