Rayonun Nügədi-qazmalar kəndində qeydə alınıb.
Birinci Nügədi kənd sakini, 1984-cü il təvəllüdlü Emin Nəsirov həmkəndlisi, 1987-ci il təvəllüdlü Nemət Xəlilovu bıçaqlayaraq öldürüb.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Nemət Xəlilov hadisədən əvvəl Emin Nəsirovla zarafat edib. Həmin vaxt Nemət Xəlilov Emin Nəsirovun qayınanasını xoşagəlməz ifadə ilə söyüb.
Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Emin Nəsirov bıçağa əl atıb və sonda qanlı olay baş verib.
Emin Nəsirov həbs edilib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (teleqraf)
İnterpress.az