Rusiyada azərbaycanlı qohumunun üstünə “kislota” tökdübackend

Rusiyada azərbaycanlı qohumunun üstünə “kislota” tökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatından xəbər verilir ki, qadın öz qohumunun həyatına qəsd etməkdə ittiham edilir.

İstintaqın versiyasına görə, iyulun 2-də səhər o, qisas almaq məqsədi ilə mənzildən çıxan 26 yaşlı qohumunun üstünə turşu töküb. Zərərçəkən xəstəxanada ağır vəziyyətdədir, onun bədəninin 68 faizi yanıb.

Hadisəni törətməkdə şübhəli iblinən şəxs gizlənib. Hazırda cinayət hadisəsinin törədilmə səbəbləri, eləcə də şübhəlinin tapılması istiqamətində istintaq, axtarış-əməliyyat tədbirləri həyata keçirilir. (moderator.az)

İnterpress.az