Üzüm yarpaqlarından çaybackend

Üzüm yarpaqlarından çay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar.
10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz.

Bu müalicəvi çayın bir çox faydaları var:
– antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır
– orqanizmi ziyanlı maddələrdən təmizləyir
– podaqra zamanı çox faydalıdır
– mikrobəleyhinə təsirə malikdir
– damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır
– ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı çox yaxşı müalicəvi təsir edir
– ishalı müalicə edir, bağırsaqları \”yığır\”
– böyrəkləri və sidik kisəsini təmizləyir
– şişkinliyi azaldır
– qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
– hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir
– öskürək zamanı müalicəvi təsir edir. (saglamolun.az)

İnterpress.az