Bu gün səhər Moskva metrosunda texniki problem yaşanıb. Qatarların \”Kotelniki\” stansiyasından \”Kuzminki\” stansiyasına hərəkəti dayandırılıb.
Rusiya mətbuatından verilən məlumata görə, hadisəyə səbəb \”Vıxino\” yerüstü stansiyasında baş verən yanğın olub. Təxminən 100 kvadrat metr ərazi yanıb. Xəsarət alan olmasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.
Sərnişinlərə mənzil başına çatmasını təmin etmək üçün pulsuz avtobuslar işə salınıb.
Stansiyanın yanması haqqında sosial şəbəkədə də paylaşımlar olub. (ans)
İnterpress.az