Nabranda bədbəxt hadisə baş verib. Məlumata görə, 34 yaşlı kişinin Xəzər dənizində çimmək istəyi ölümlə nəticələnib.
1982-ci il təvəllüdlü Qubanın Qarxun kənd sakini Anar Ayaz oğlu Qurbanov həmkəndlisi ilə birgə dənizdə çimmək üçün Nabrana gəlib.
Suya girən kişi boğulub.
Onun meyitini əraziyə gələn Xaçmaz Polis Şöbəsinin Yalama bölməsinin əməkdaşı Firudin Kərimov sudan çıxarıb.
Meyit tibbi ekspertizasından sonra ailəsinə təhvil veriləcək.
Xaşmaz prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. (ans)
İnterpress.az