Əhval-ruhiyyəni yaxşılaşdırır- kinkanbackend

Əhval-ruhiyyəni yaxşılaşdırır- kinkan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kinkan geniş profilaktik və müalicəvi xüsusiyyətlərə malikdir:
– vitamin və minerallarla olduqca zəngindir, soyuq fəsillərdə orqanizmi lazım olan maddələrlə təmin edir
– iltihabları azaldır
– yüksək qan təzyigini endirir
– immuniteti möhkəmləndirir, orqanizmin viruslara və mikroblara qarşı davamlılığını artırır
– sinir sisteminə müsbət təsir edir – sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi və stresi azaldır
– qanda xolesterinin səviyyəsini aşağı salır, ürəyi və damarları möhkəmləndirir.

Kinkandan çox faydalı dəmləmə hazırlamaq olar.
7 ədəd kinkan xırda doğranır, termosda 1/2 l qaynar suda dəmlənir. 2 saatdan sonra dəmləmə süzülür və gün ərzində ilıq halda içilir.
Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1 çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir.
Belə dəmləməni hər gün içmək olar.
(saglamolun.az)

İnterpress.az