Şərqsayağı gözəllikbackend

Şərqsayağı gözəllik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim papiruslardakı yazılar və piramidalar üzərindəki fironların təsviri sübut edir ki, Şərqdə qadınlar bu gün olduğu kimi hələ 25 əsr bundan əvvəl gözəl, cazibəli və təravətli görünmək arzusunda olmuşlar.

Qədim Misir papiruslarının bölmələrindən biri kosmetik vasitələrə həsr olunub. Orada üzdə olan qırışların və ləkələrin qarşısının alınması, dərinin rənginin dəyişməsi, saçların və qaşların boyanması və s. haqqında məlumatlar verilir. Günəş şüalarından qorunmaq üçün Misirdə həm qadınlar, eləcə də kişilər göz qapaqları üzərinə tərkibində sürmə və yağ olan pasta çəkirdilər. Bu, həm də gözlərə badam forması verirdi. Misirlilər başlarına parik qoyurdular ki, bu da saçları qışda soyuqdan, yayda günəşin zərərli təsirindən qoruyurdu.

Arxeoloji qazıntılar zamanı sərdabələrdə süd və süd məhsullarından hazırlanmış qidalandırıcı kremlərdən istifadə olunduğu haqqında məlumatlar var.
Orta əsrlərin Müsəlman Şərqində də qadınlar öz xarici görünüşlərinə xüsusi diqqət yetirirdilər. Müasir parfümeriyanın vətəni Fransa sayılsa da çoxları bilmir ki, müasir fransız ətirlərinin reseptləri ərəblər tərəfindən 8-9-cu əsrlərdə Avropaya gətirilmişdir.

Məğrib sakinləri (Mərakeş, Tunis, Əlcəzair) və ərəblər tərəfindən zəbt olunmuş İspaniya sakinləri müxtəlif güllərdən, otlardan, ədviyyatlardan istifadə edərək müasir ətirlərə bənzər vasitələr yaradırdılar. Bunlardan başqa, kosmetik vasitələrin hazırlanmasında heyvani və mineral mənşəli maddələrdən (bal, yumurta, süd, zeytun, çaytikanı, gənəgərçək, qızılgül, nanə və digər efir yağları), eləcə də bir çox meyvələrdən istifadə edirdilər.

Şərqdə qadınlar anadangəlmə gözəl olsalar da, onları daha qatıq və süd məmulatları cavan və cazibədar saxlayır.

Şərqdə qadınlar həmişə çimməzdən əvvəl saçlarına qatıq sürtərdilər. Bundan sonra saçlar parıldayır və onların strukturu bərpa olur.

Şərqdə sıx və qalın qaşlar gözəllik etalonu hesab olunur. Ona görə də qızlar lap uşaqlıqdan qaşlarına gənəgərçək yağı sürtürlər.

Əvvəlki kimi, indiki dövrdə də Şərqdə saçların boyanmasında xınadan istifadə olunur. Dərinin hamar olması və həzm sisteminin qaydasına düşməsi üçün burada yaşıl çaydan istifadə edirlər. Bundan əlavə, yaşıl çay yaxşı yuxu üçün də xeyirlidir.

Dişlərin ağardılması üçün şərq qadınları təbii məhsullardan istifadə edirlər. Bunun üçün qatı xama lazımdır. Xamanı diş fırçasının üstünə töküb dişləri yuyurlar. Bu proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq lazımdır.

Dərinin hamar olması üçün qadınlar həmçinin qəhvədən də istifadə edir. Əvvəlcə qəhvə dəmlənir, onu soyumağa qoyurlar. Sonra isə onun üzərinə 1:3 nisbətində zeytun yağı əlavə edin. Alınan qarışığa digər efir yağlarını da əlavə etmək olar.

İnterpress.az