Mətbuat Şurasından verilən məlumatda bildirilir ki, iyulun 11-də saat 11.00-da “Holiday İnn” hotelində Azərbaycan Mətbuat Şurasının və Azərnaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfransı keçiriləcək.
Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Milli Məclisin deputatlarının qatılacaqları toplantıda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.
Tədbirdə həmçinin Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq. (musavat)
İnterpress.az