Film qətlin 11 illiyinə həsr olunub və tamaşaçılara jurnalistin ad günündə, iyulun 17-də təqdim ediləcək.
Elmar Hüseynov 1976-cı ilin iyulun 17-də Bakıda anadan olub. Jurnalist fəaliyyətinə 1995-ci ildə “Zerkalo” qəzetində başlayıb. 1996-cı ildə “Monitor” jurnalını təsis edib, jurnal tənqidyönümlülüyü ilə seçilirdi.
“Monitor” jurnalının son sayı 2005-ci ilin fevralın 19-da işıq üzü görüb. 2005-ci ilin martın 2-də isə Elmar Hüseynov yaşadığı binanın girişində qətlə yetirilib. Elmar Hüseynovun özündən sonra həyat yoldaşı Ruşanə və oğlu Aslan qalıb. E.Hüseynovun oğlu qətl baş verən zaman 1 yaş dörd aylıq idi. (moderator.az)
İnterpress.az