Sağlamlıq mütəxəssisləri, dietoloqlar müştərilərinə ilk növbədə şirniyatdan uzaq durmağı məsləhət görürlər. Amma şirniyyat da bir aludəçilik olduğu üçün onu qəfildən yox orqanizmə ağır zərbə vurur.
Şirniyyatı qəfil tərgidən zaman orqanizmdə hansı fəsadlar yarnır?
Şirniyyatı qəfil qida rasyonundan çıxaranda bağırsaq xəstəlikləri yarana bilər. Çünki bağırsaqda bədənə daxil olan şəkərlə qidalanan bakteriyaların iş nizamı pozulduğundan onlar bütün bağırsaq sistemini sıradan çıxara bilər.
Bu səbəbdən də şirniyyatı azaldıb qatıq və yoqurt kimi məhsulların qəbulunu artırmaq lazımdır. Bu proses günbəgün davam etdikdə, şəkərin miqdarı mütəmadi azalır və bakkteriyalar da məlum duruma alışır.
Şirniyyatı həmən atmaq, ondan birdəfəlik əl çəkmək güclü iştahsızlıq yarada bilər. Bu isə qanın lazımı maddələrlə qidalanmamasına səbəb olur. Odur ki, çirniyyatı günbəgün azalda-azalda yaşıl qəhvədən də mütəmadi olaraq istifadə edilməlidir. (moderator.az)
İnterpress.az