Sosial şəbəkələrdə ABŞ-ın Dallas şəhərində polislərin atəşə tutulmasının görüntüləri yayılıb.
Video Facebook şəbəkəsində hadisə şahidlərinin biri tərəfindən yerləşdirilib.
Qeyd edək ki, iyulun 8-nə keçən gecə polis zorakılığına qarşı keçirilən aksiya zamanı bir qrup şəxs polis əməkdaşlarına atəş açıb. Güc strukturlarının 5 əməkdaşı ölüb, 11-i yaralanıb. Şübhəli şəxsin özünə sui-qəsd etməsi bildirildsə də, bəzi mənbələr onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyünü iddia edir. (oxu.az)