Ailə quranların 7%-də irsi qan xəstəlikləri aşkar olunubbackend

Ailə quranların 7%-də irsi qan xəstəlikləri aşkar olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında bildirib ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi kifayət qədər mürəkkəb proses olsa da qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda nikaha girənlərin tibbi müayinəsinin təşkilinə nail olunub:

\”Əfsuslar olsun ki, müayinədən keçənlərin 7%-də irsi qan xəstəlikləri aşkar olunub. Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir\”.

Digər xəstəliklərdən danışan nazir əlavə edib ki, ölkədə hazırda 300 minə qədər şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman, özünənəzarət vasitələri və digərləri ilə tam təmin olunurlar. O. Şirəliyev ötən ildən etibarən uşaqlara dərmanın insulin pompası vasitəsilə yeridildiyini, bunun da onları gün ərzində bir neçə dəfə iynə vurmaq əziyyətindən qurtardığını, həyat keyfiyyətlərinin yaxşılaşdırıldığını bildirib.

İnterpress.az