Bunu Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Naciye Selin Şenocak deyib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin dünya təhdidləri ilə mübarizədə NATO üçün mühüm ölkədir: \”Azərbaycan Əfqanıstan və Kosovada alyans üçün əhəmiyyətini sübut etdi\”.
Ekspert qeyd edib ki, NATO sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi göstərir ki, Azərbaycan bu məsələni daim gündəmdə saxlayır.
Xanım S.Şenocak əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Şərqi Avropanın təhlükəsizliyi mümkün deyil. (trend)
İnterpress.az